Haqqımızda

Baku Electronics

Biz ölkənin ilk, Qafqazın isə ən böyük elektronika şəbəkələrindən biriyik. 1994-cü ildə müasir dünyanı müştərilərimizə əlçatan etmək, onlara keyfiyyətli xidmət göstərmək və gözləntilərini aşmaq məqsədiylə yola çıxmışıq. Qazandığımız güvən sayəsində yolumuza 30-dan çox mağaza, ölkədə ən çox trafikə sahib veb-saytlardan biri və 60-dan çox brendin rəsmi distribütoru kimi davam edirik. 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olmaqdan qürur duyuruq.